Dünyada məcburi köçkünlərin sayı rekord həddə çatıb - 65,6 milyon
19-06-2017 | 21:30

Dünyada məcburi köçkünlərin sayı rekord həddə çatıb - 65,6 milyon

Bakı. Trend:

2016-cı ilin sonunda bütün dünyada məcburi köçkünlərin sayı 65,6 milyon nəfərə çatıb.

Trend-in məlumatına görə, bu, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 2016-cı il üzrə açıqladığı hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, bu rəqəm bu günədək qeydə alınan ən yüksək göstəricidir.

2015-ci ildə bütün dünyada məcburi köçkünlərin sayı 65,3 milyon nəfər olub.


mənbə: Trend.az

loading...
Oxşar xəbərlər