Portuqaliyada meşə yanğınlarında ölənlərin sayı 63 nəfərə çatıb
19-06-2017 | 21:54

Portuqaliyada meşə yanğınlarında ölənlərin sayı 63 nəfərə çatıb

Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 63 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 13-ü yanğınsöndürən olmaqla 135 nəfər xəsarət alıb, ağır vəziyyətdə olanlar var. İki nəfərin itkin düşdüyü bildirilir.

Portuqaliyanın daxili işlər naziri Konstanşa di Souzanın sözlərinə görə, hazırda ölənlərdən 24-ün şəxsiyyətini müəyyənləşdirmək mümkün olub.   Hazırda ölkənin bir neçə bölgəsində güclü meşə yanğınları davam etməkdədir.

Milli.Az




источник: milli.az

loading...
Oxşar xəbərlər