Salyanda 4 otaqlı ev yanıb
19-06-2017 | 22:45

Salyanda 4 otaqlı ev yanıb

Bakı. Trend:

Salyanda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Salyan rayonu, Boranıkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 128 m2 olan birmərtəbəli 4 otaqlı qamışdan ibarət evin 3 otağının yanar konstruksiyaları 119 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


mənbə: Trend.az

loading...
Oxşar xəbərlər