Saxta Ramazan təqvimləri ilə bağlı sərt xəbərdarlıq edildi - VİDEO
19-06-2017 | 23:00

Saxta Ramazan təqvimləri ilə bağlı sərt xəbərdarlıq edildi - VİDEO

Ramazan bayramı ilə bağlı müxtəlif təqvimlərdən istifadə edilir. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi dini icmalara və həmin təqvimləri yayanlara xəbərdarlıq edir.

Milli.Az bildirir ki, Komitənin sədr müavini Səyavuş Heydərovun sözlərinə görə, dini təqvimlərin - namaz vaxtlarının, əlamətdar dini bayramların müəyyən edilməsi Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətindədir və müsəlman dini icmalarının da belə həssas dini məsələlərdə bu quruma tabeçilik göstərmələri vacibdir.

Müxtəlif saxta təqvimlərdan istifadə ilə bağlı dövlət komitəsinin apardığı araşdırma zamanı müəyyən edilib ki, Ramazan ayının ilk günlərində qeyri-rəsmi şəxslər tərəfindən bəzi məscidlərin daxilində, həyətində, yaxud məscidə yaxın ərazilərdə fərqli təqvimlərin dindarlara paylanmasına cəhdlər də qeydə alınıb.

Saxta təqvimlərə, əsasən imsak və iftar vaxtlarında bir neçə dəqiqə fərq olur. Adi görünsə də qısa zaman fərqinin arxasında təxribat dayana bilər.

Dini komitə əhaliyə Qafqaz müsəlmanları idarəsinin təqvimlərindən istifadə etməyi tövsiyyə edir. Çünki o təqvimlər ölkəmizin coğrafi mövqeyi nəzərə alınmaqla və dəqiq astronomik hesablamalara əsasən hazırlanıb. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:








источник: milli.az

loading...
Oxşar xəbərlər