Aralıq dənizində 120-dən artıq miqrant itkin düşüb
19-06-2017 | 00:15

Aralıq dənizində 120-dən artıq miqrant itkin düşüb

Bakı. Trend:

Aralıq dənizində miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində 120-dən artıq miqrant itkin düşüb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatında bildiriblər.

"Beynəlxalq Miqrasiya Təşkilatının əməkdaşları tərəfindən Palermoda toplanan məlumatlara əsasən, Aralıq dənizində miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində 126 miqrant olmüş ola bilər", - bunu öz "Twitter" hesabında Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Flavio Di Djakomo yazıb.

İtaliya sahil mühafizəsinin məlumatına əsasən, son 4 gün ərzində Aralıq dənizində 4,5 mindən artıq miqranta yardım göstərilib.

Qeyd edək ki, bu ilin əvvəlindən Aralıq dənizi vasitəsi ilə Avropaya 77 mindən artıq miqrant gəlib və qaçqın gəlib. Aralıq dənizi keçməyə cəhd göstərərkən 1828 miqrant həlak olub.

İtaliya DİN-nin məlumatına əsasən, ötən il ərzində Aralıq dənizi vasitəsi ilə ölkəyə 181 mindən artıq miqratn və qaçqın keçib. Bu ilin əvvəlindən isə 62 mindən artıq miqrant və qaçqın İtaliyaya keçə bilib.


mənbə: Trend.az

loading...
Oxşar xəbərlər