Bəzi yerlərdə yağış yağacaq
21-09-2017 | 13:20

Bəzi yerlərdə yağış yağacaq

Sentyabrın 22-də Bakı və Abşeron yarımadasında hava, əsasən, yağmursuz keçəcək. Səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi  ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə  18-22° isti, gündüz  29-34° isti, Bakıda gecə  20-22°, gündüz  31-33° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 759  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz  35-40 % olacaq. 

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə  15-20°, gündüz  30-35° isti, dağlarda gecə 11-16°, gündüz 21-26° isti olacağı gözlənilir.


источник: biznesinfo.az

loading...
Oxşar xəbərlər