Allahşükür Paşazadə Daşkəndə yollandı
13-10-2017 | 12:54

Allahşükür Paşazadə Daşkəndə yollandı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə oktyabrın 17-də Özbəkistana səfərə yola düşür.

Milli.Az xəbər verir ki, QMİ-nin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, səfərdə məqsəd QMİ-nin Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dini işlər üzrə Komitəsi və Özbəkistan Müsəlmanları İdarəsi ilə birlikdə bu ilin oktyabrın 18-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirəcəyi "İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında" mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi İslam Həmrəyliyi Ili çərçivəsində Bakıda, Rusiyada, Finlandiyada, İranda, Türkiyədə keçirilmiş beynəlxalq tədbirlərin davamı olaraq, Daşkənddə baş tutacaq "İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında" mövzusunda Beynəlxalq Konfransda Azərbaycan Milli Məclisinin üzvləri, Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi, tanınmış elm və din xadimlərindən ibarət nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinin səfər çərçivəsində Buxara və Səmərqəndi ziyarət etməsi planlaşdırılır.

Şeyxülislam Allahşükür Paşazadənin və Azərbaycan nümayəndə heyətinin Özbəkistanın rəsmi şəxsləri ilə yüksək səviyyədə görüşləri nəzərdə tutulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində






источник: milli.az

loading...
Oxşar xəbərlər