Ruslar oktyabrın 13-də uçmağa qorxurlar
13-10-2017 | 13:00

Ruslar oktyabrın 13-də uçmağa qorxurlar

Bakı. Trend:

Ruslar 13 oktyabr tarixində uçmaqdan qorxurlar. Trend-in məlumatına görə, belə bir qənaətə "Momondo" turizm xidməti xüsusi sorğudan sonra gəlib.

Belə ki, bu cümə gününə olan uçuşlara tələbat ötən həftə ilə müqayisədə 26 % azalıb və bunun ayın 13 olması ilə əlaqədar olduğu bildirilir.

Qeyd edilir ki, bu tarixdə xüsusilə kanadalılar uçmağa ehtiyat edirlər. Bu gün onlar ötən həftə ilə müqayisədə səyahəti 46% daha az planlaşdırıblar.

Bu tarixdən yararlananlar isə danimarkalılar olub - onlar cümə günü ötən günlərlə müqayisədə 139% daha çox bilet alıb.


mənbə: Trend.az

loading...
Oxşar xəbərlər