Ture: "FİFA və Rusiya hökumətinə köməyə hazıram"
13-10-2017 | 13:18

Ture: "FİFA və Rusiya hökumətinə köməyə hazıram"

"Mançester Siti"nin yarımmüdafiəçisi Yaya Ture 2018-ci il dünya çempionatı öncəsi rasizmdən narahatlığını ifadə edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli havbek bunları deyib:

"Gözləmək lazımdır. Çünki heç kimi dəyişikliklər edilməsi maraqlandırmır. İrqçilik halları baş versə, bizim üçün böyük problem olacaq. Bəziləri üçün Rusiya barədə danışmaq çətindir. amma ümid edirəm ki, Rusiya hər kəsi təəccübləndirə biləcək.

FİFA və Rusiya hakimiyyətinə demək istəyirəm ki, sizə kömək lazım olsa, mən hazıram. Mən fəaliyyət, hər kəsin ciddi işlədiyini görmək istəyirəm. Bunlar futbolun gələcəyi üçün çox vacib şeylərdir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində






источник: milli.az

loading...
Oxşar xəbərlər