Bakıda ölüm saçan piyada: 110-luq yola çıxdı - VİDEO
13-10-2017 | 13:36

Bakıda ölüm saçan piyada: 110-luq yola çıxdı - VİDEO

Piyada Bakı Dairəvi yolunda hərəkət edən nəqliyyat vasitələri sürücülərinə həyəcanlı anlar yaşadıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məsuliyyətsiz piyada avtomobillərin yüksək sürətlə hərəkət etməsinə baxmayaraq, siqaret çəkə-çəkə yolu keçmək istəyib.

Sürücü piyadanı vurmamaq üçün hərəkət istiqamətini dəyişib.

Videonu çəkən sürücü bildirib ki, həmin yolda qanunsuz olaraq hətta dəmir arakəsmələri götürüblər və piyadaların yolu keçməsini asanlaşdırıblar.

Qeyd edək ki, görüntülərdə tarix səhv göstərilib, video bu gün çəkilib.

Həmin yolda sürət həddi 110 km/saat-dır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində










источник: milli.az

loading...
Oxşar xəbərlər