İslandiyadan yeni rekord
13-10-2017 | 13:54

İslandiyadan yeni rekord

İslandiya millisi növbəti rekorda imza atıb.

Milli.Az qol.az- istinadən xəbər verir ki, İslandiya əhalisinin sayına görə dünya çempionatlarının final mərhələləri tarixində yarışacaq ən kiçik ölkə (330 min) olacaq. Bunadək rekord Trinidad və Tobaqoya (1 milyon 300 min) məxsus idi.

Xatırladaq ki, Avropa zonasında I qrupunun birincisi olan islandlar DÇ-2018-in final mərhələsinə birbaşa vəsiqə qazanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində






источник: milli.az

loading...
Oxşar xəbərlər