Prezident İlham Əliyev Nizami Nadirov və Şaitdin Əliyevi ordenlə təltif etdi
18-10-2017 | 19:36

Prezident İlham Əliyev Nizami Nadirov və Şaitdin Əliyevi ordenlə təltif etdi

Prezident İlham Əliyev Nizami Nadirovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Nizami Hüseyn oğlu Nadirov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.

Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev Şaitdin Əliyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şaitdin Sərdar oğlu Əliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.

Milli.Az






источник: milli.az

loading...
Oxşar xəbərlər