“Onunla Azərbaycanda xüsusi vaxt keçirmişəm”
12-01-2018 | 19:18

“Onunla Azərbaycanda xüsusi vaxt keçirmişəm”

Berti Foqts Azərbaycanda çalışdığımız dönəmdə məşqçi kimi mənə çox şey qazandırdı.

Mİlli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin keçmiş məşqçisi Olaf Yansen deyib.

Almaniya mətbuatına müsahibə verən IV Bundesliqa klubu "Viktoriya Köln"ün baş məşqçisi yığmamızda köməkçisi olduğu Berti Foqtsla bağlı fikirlər də səsləndirib.

O, məşqçi kimi püxtələşməsində Foqtsun rolununun danılmaz olduğunu söyləyib: "Bertidən çox şey öyrənmişəm. O, hər zaman bizimlə olub. Həm futbolçu, həm də məşqçi kimi təcrübəsi məni heyran edib. Onunla Azərbaycanda xüsusi vaxt keçirmişəm".

window._ttzi = 33;var script = document.createElement("script");script.src = "https://adributor.tv/nativevideo/get_ads.js?="+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Qeyd edək ki, Berti Foqts 2008-2014-cü illərdə Azərbaycan millisini çalışdırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində








источник: milli.az

loading...
Oxşar xəbərlər