"Xalq Bank"ın "Nyu-Yorka səyahət" aksiyasının sonuncu tiraji oynanılıb
12-01-2018 | 20:00

"Xalq Bank"ın "Nyu-Yorka səyahət" aksiyasının sonuncu tiraji oynanılıb

Bakı. Trend:

Xalq Bankda 2017-ci il may ayının 1-dən dekabrın 31-dək “Bakcell” və “Qatar Airways” şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilən "Nyu-Yorka səyahət" aksiyası sona çatıb.

Bankdan Trend-ə verilən məlumata görə, aksiyanın şərtlərinə görə Xalq Bankda seçilmiş bank əməliyyatları yerinə yetirən müştərilər, eləcə də Bankın tərəfdaş ticarət məntəqələrində Xalq Bank POS-terminalları vasitəsi ilə ödəniş edən hər kəs Nyu-Yorka aviabilet qazanmaq şansı əldə edirdi.

Xalq Bankın filiallarında təcili pul köçürmələri, kommunal və digər ödənişlər, depozit seyfləri, fərdi bank hesabları üzrə əməliyyatlar aparan müştərilər, eləcə də, tərəfdaş ticarət məntəqələrində bankın POS-terminalları ilə ödəniş edən bütün kart sahibləri Bakcell mobil nömrələrinə 40 dəqiqəyədək danışıq balansı və aksiya xalları qazanırdılar. Aksiyanın müddəti ərzində toplanan xalların sayına görə hər ay on lider müştəri “Sakit Göl Hotel, Şamaxı”, “Qafqaz Karvansaray Hotel, Qəbələ” hotellərinə səhayət kuponları, Azpetrol, Sabina P&C mağazalar şəbəkəsindən və digər şirkətərdən hədiyyə kuponları, Bakcelldən “Alov” smartfonu və digər dəyərli hədiyyələrə sahibləndilər. Hər dörd ayın nəticəsinə görə ən çox xal qazanan 2 müştəri isə super priz - Bakı-Nyu-York-Bakı aviabileti qazandı.

Yanvar ayının 8-də aksiyanın sonuncu, 8-ci tirajı keçirildi və qaliblər müəyyən olundu. Bu tirajda əsas mükafat olan Bakı-Nyu York-Bakı aviabiletini Neftçala sakini Bağırov Emil Zakir oğlu əldə etdi.

Bütün qalibləri təbrik edirik!

Aksiyaya texniki dəstək Bakcell Ulduzum loyallıq proqramı tərəfindən, turizm dəstəyi Qatar Airways şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən təmin edildi.

"Nyu-Yorka səyahət" aksiyasının 8-ci turunun qalibləri:

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


mənbə: Trend.az

loading...
Oxşar xəbərlər