Çexiyada yol qəzası: 3 nəfər ölüb, 30 nəfər yaralanıb
12-01-2018 | 23:15

Çexiyada yol qəzası: 3 nəfər ölüb, 30 nəfər yaralanıb

Bakı. Trend:

Praqanın yaxınlığında avtobus avtomobillə toqquşub, daha sonra ağaca çırplıb.

Trend-in məlumatına görə, qəza nəticəsində 3 nəfər həlak olub, 30-a yaxın sərnişin yaralanıb.

Bir neçə sərnişinin avtobusda sıxılmış vəziyyətdə qaldığı bildirilir.

Hadisə yerinə xüsusi avadanlıqla təhciz edilmiş tibbi yardım maşınları cəlb edilib.

Hadisənin baş verdiyi ərazidə nəqliyyatın hərəkəti dayandırılıb. Polis faktla bağlı araşdırma aparır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


mənbə: Trend.az

loading...
Oxşar xəbərlər