Anası narahat olmasın deyə yalan danışan əsgər şəhid oldu  - FOTO
14-02-2018 | 11:18

Anası narahat olmasın deyə yalan danışan əsgər şəhid oldu - FOTO

Türkiyənin Suriyanın Afrin bölgəsində apardığı anti-terror əməliyyatının 15-ci günündə - 3 fevralda -  şəhid olan çavuş Fevzi Gürsunun atışmadan bir gün əvvəl anası ilə danışdığı və anası silah səsindən qorxmasın deyə ona yalan danışdığı məlum olub.

Milli.Az Milliyet-ə istinadla xəbər verir ki, məlum olub ki, o, hərbi xidmətdən qayıtdıqdan sonra toy etməyi düşünürmüş.

Şəhid anası Fevziye Gürsu açıqlamasında deyib:

"Nişanlı idi. Toy etməyi planlayırdı. Qonaqpərvər və yardımsevər idi. Zarafatlarından qalmırdı. Aslan kimi idi oğlum. Oradakı "mehmetcik"lər oğlumun intiqamını alsınlar. Dualarım onlarladır. Zəfər bizim olacaq.

Axırıncı dəfə telefonla danışanda narahat olmayım deyə mənə yalan deyib. Silah səsləri eşitdim. O, nə səsləridi soruşanda mənə, "təlimdəyik, boş şüşələri vururuq" dedi. Zeytun budağı əməliyyatında iştirak etdiyini bilmirdim.

window._ttzi = 34;var script = document.createElement("script");script.src = "https://adributor.tv/nativevideo/get_ads.js?="+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Toyumda adam çox olacaq deyirdi, yasında oldu".

Qeyd edək ki, 25 gündür davam edən "Zeytun budağı" anti-terror əməliyyatı nəticəsində ümumilikdə 1485 terrorçu öldürülüb.

Emin Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində










источник: milli.az

loading...
Oxşar xəbərlər